XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünya çempionatına yekun vurulub
İdman 15:29 / 08.10.2019

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatına yekun vurulub.
Mundialda ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil ediblər. Lakin idmançılarımız çempionatda mükafatçılar sırasına düşə bilməyiblər.
Dünya çempionatında kişilər arasında marafon yarışında efiopiyalı atlet Lelisa Desisa, qadınların mübarizəsində isə keniyalı Rut Çepnqetiç bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, mundialda 209 ölkədən 1928 idmançı iştirak edib. Bu atletlərin 1039-u kişi, 889-u qadın olub.

20063 oxunub

InvestAZ