XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Qaçqın idmançıların Olimpiya yığmasına maliyyə dəstəyi ilə bağlı müzakirələr aparılıb
İdman 15:14 / 02.10.2019
 
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Qətər Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri şeyx Hoan bin Həməd bin Xəlifə Əl Tani ilə görüşüb.
T.Bax və MOK-un prezidenti ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, bu sahədə görülən işlər, eləcə də Qətər Fondunun qaçqınların Olimpiya yığmasına maliyyə dəstəyi ilə bağlı müzakirələr aparıblar.
Qeyd edək ki, qaçqın idmançılar Olimpiya Oyunlarında BOK prezidentinin təşəbbüsü ilə ilk dəfə Rio-2016-da iştirak ediblər.

20349 oxunub

InvestAZ