XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



“Real” biabırçılıqdan qaçdı, “Tottenhem” bacarmadı
İdman 10:11 / 02.10.2019

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib. Birinci oyun günündə A, B, C və D qruplarında oyunlar təşkil olunub. Turun erkən başlayan oyunlarından biri çempionluğa iddialı İspaniyanın "Real Madrid” və Belçikanın "Brügge” klubları arasında olub. Görüş gözlənilmədən 2:2 hesabı ilə heç-heçə başa çatıb. Oyunda hesabı erkən qolla qonaqlar açıb. Matçın doqquzuncu dəqiqəsində Emmanuel Dennis fərqlənib. Qoldan 30 dəqiqə sonra E.Dennis yenidən fərqlənib. Birinci hissə 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Fasilədən sonra madridlilər qollardan birinin əvəzin çıxıblar. Serxio Ramos Kərim Benzemanın cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbə vurub - 1:2. Matçın 84-cü dəqiqəsində "Brügge” azlıqda qalıb. İkinci sarı vərəqəsini alan Rud Vormer meydandan kənarlaşdırılıb. Məğlub olmamaq üçün irəli atılan "Real Madrid” oyunun başa çatmasına dörd dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Kazemiro adını tabloya yazdırıb - 2:2. Qalan dəqiqələrdə "Real Madrid” cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Turun digər maraqlı görüşü isə Londonda keçirilib. Ötən ilin finalçısı "Tottenhem” doğma azarkeşlər önündə Almaniyanın "Bavariya” klubuna 2-7 hesabı ilə məğlub olub. Turun ilk oyun günündə bu nəticələr qeydə:

"A” qrupu:

"Real Madrid” (İspaniya) – "Brügge” (Belçika) - 2:2,

"Qalatasaray” (Türkiyə) - "Paris Sen-Jermen” (Fransa) - 0:1.

"B” qrup:

"Srvena Zvezda” (Serbiya) – "Olimpiakos” (Yunanıstan) - 3:1,

"Tottenhem” (İngiltərə) – "Bavariya” (Almaniya) - 2:7.

"C” qrupu:

"Atalanta” (İtaliya) – "Şaxtyor” (Ukrayna) - 1:2,

"Mançester Siti” – "Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0.

"D” qrupu:

"Yuventus” (İtaliya) – "Bayer Leverkuzen” (Almaniya) - 3:0,

"Lokomotiv” (Rusiya) – "Atletiko Madrid” (İspaniya) - 0:2.

19609 oxunub

InvestAZ