XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Göygöldə cüdo bayramı
İdman 17:27 / 01.10.2019

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə cüdo üzrə region birinciliklərinə start verilib. İlk yarış Göygöl Olimpiya İdman Kompleksində baş tutub. Açılış mərasimində çıxış edənlər ölkədə aparılan uğurlu idman siyasətindən danışaraq, bu kimi yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Natiqlər Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən birinin də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsi olduğunu söyləyiblər. Bildirilib ki, federasiyanın dəstəyi ilə bir neçə bölgədə müasir standartlara cavab verən cüdo zalları yaradılıb. Perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün hər il olduğu kimi, bu il də region yarışlarının keçirilməsi məqsədəuyğun hesab edilib. Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilən yarışlarda əsas məqsəd həm regionlarda cüdonun inkişafı, həm də cüdomuzun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdir.
Qeyd edək ki, yarışlar Azərbaycan Cüdo Federasiyası tərəfindən bölgələrə ezam edilmiş federasiya rəsmiləri və idman mütəxəssislərindən ibarət peşəkar heyətlə keçirilir.

21170 oxunub

InvestAZ