XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünya çempionatının qəhrəmanları Vətəndə
İdman 16:35 / 01.10.2019
 
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində tarixi uğur qazanan Azərbaycan milli komandası vətənə qayıdıb. Heydər Əliyev adına Hava Limanında yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideynləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub. Belə ki, Azərbaycan millisi tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. Fərdi yarışlarda isə Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medal qazanıb.

21140 oxunub

InvestAZ