XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dəri əlcək ustalarımız Dağıstanda uğurla yarışıblar
İdman 12:21 / 30.09.2019

Dağıstanın Aquşa kəndində azərbaycanlı boksçu, üçqat dünya çempionu, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun şərəfinə turnir keçirilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, sentyabrın 26-dan 29-dək yeniyetmə boksçular arasında təşkil edilən yarışda ölkəmizi məşqçi Tofiq Babayevin rəhbərliyi altında Baku Fayt Lab (BFL) klubunun yetirmələri təmsil ediblər.
Boksçularımız turnirdə uğurla çıxış edərək 11 medal qazanıblar. Yığmanın üzvlərindən Tacı Tağızadə (57 kq), Həsən Məlikov (49 kq), Ənvər Babayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Mirabbas Şahsuvarlı (60 kq), Rəsul Məmmədov (54 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar. Emin İbrahimov (60 kq), Zəlimxan Süleymanov, Elmar Abbasov (hər ikisi 56 kq), Hikmət Tağızadə (75 kq), Türkeş Mustafayev (69 kq) və Asif Hüseynov (63 kq) isə bürünc medala layiq görülüblər.

21830 oxunub

InvestAZ