XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Yığma komandamız İspaniyada
İdman 10:35 / 30.09.2019

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığma komandası baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə İspaniyanın Marina Dor şəhərinə yollanıb.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, komandamız oktyabrın 1-3-də keçiriləcək Avropa birinciliyində 11 idmançı ilə təmsil olunacaq. Yığmanın məşqçi heyəti yarışda altı oğlan və beş qız taekvondoçuya şans verəcək.
Millinin heyətində oğlanlardan Şamil Mirzəyev (33 kq), Nihad Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq) və Asim Əlimov (63 kq yuxarı) yer alıblar. Qızlardan isə ölkəmizi Zemfira Həsənzadə (29 kq), Fatimə Həsənova (37 kq), Leyla Bəşirova (47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimova (59 kq-dan yuxarı) təmsil edəcəklər.

18160 oxunub

InvestAZ