XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ayağı qırılan hakim sona qədər meydanı tərk etmədi
İdman 12:51 / 28.09.2019

Hollandiya kuboku uğrunda keçirilən görüşlərin birində maraqlı hadisə baş verib. 1/64 final uğrunda keçirilən «Kvik Boys»-«Katveyk» matçında baş hakim Rob Diperink ayağını sındırıb. Xoşbəxtlikdən hadisə qarşılaşmanın sonlarına təsadüf edib. Lakin iddialı ədalət təmsilçisi görüşü tərk etməyib, hətta əlavə 3 dəqiqə artırıb. Görüş 2:2 hesabı bitdiyi üçün komandalar daha yarım saat oynamalı olublar. Həmin hissələri də Diperink özü idarə edib. Xatırladaq ki, həmin görüşdə Katveyk 3:2 hesabı ilə qalib gəlib. Hollandiyalı baş hakim matçdan sonra xəstəxanaya çatdırılıb, müayinədən sonra məlum olub ki, onun pəncəsi qırılıb.

38097 oxunub

InvestAZ