XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Məğlubun köynəyi qalibin köynəyindən baha satıldı
İdman 11:29 / 28.09.2019

Sentyabrın 7-də rusiyalı Həbib Nurməhəmmədovla görüşən Dastin Porye rəqibin ona hədiyyə etdiyi köynəyi hərraca çıxarıb. UFC turnirində yüngül çəkidə məğlubiyyətə uğrayan fransalı döyüşçü həmin köynəyi «e-Bay»da ilkin qiymət olaraq 5 min dollara təklif edib. Lakin hərracın sonunda Həbibin köynəyi 60,2 min dollara satılıb. Xatırladaq ki, qaydalara əsəsən UFC yarışında döyüşən idmançılar bir-birini köynəyini hərraca çıxarmalı, satışdan gələn gəliri isə xeyriyyə məqsədilə yaradılmış «The Good Fight» fonduna təqdim etməlidirlər. Elə bu məqsədlə Həbib Nurməhəmmədov da Dastin Poryenin köynəyini hərraca çıxararaq, 100 min dollara satmışdı. Maraqlıdır ki, niyə qalibin köynəyi məğlub idmançıdan daha az qiymətə satılsın?

55175 oxunub

InvestAZ