XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakı Könüllülər Proqramının səfirinin təqdimatı keçirilib
İdman 11:42 / 27.09.2019

Bakı Olimpiya Stadionunda futbol üzrə "Avro 2020”nin Bakı Könüllülər Proqramının səfirinin təqdimatı keçirilib.
Proqramın səfiri tanınmış videobloqqer və aktyor Taleh Yüzbəyovdur. Proqramın səfiri olaraq T.Yüzbəyov könüllülərlə bağlı müxtəlif tədbirlərdə, oktyabrdan etibarən ali məktəb tələbələri ilə keçiriləcək silsilə görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, "Avro 2020”nin Könüllülər Proqramının səfiri ilə bağlı UEFA-nın əsas tələblərindən biri həmin şəxsin sosial mediada fəal və geniş ictimaiyyət tərəfindən tanınmış olmasıdır.

31740 oxunub

InvestAZ