XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



İdmançımız Moskvada üçüncü oldu
İdman 10:37 / 26.09.2019

Azərbaycan qılıncoynadanları Moskvada təlim-məşq toplanışındadır. İkiqat Olimpiya çempionu İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində Maqsud Hüseynli, Saleh Məmmədov, Murad Əkbərov və Zərifə Hüseynova Rusiyanın yeniyetmələrdən ibarət komandası ilə birgə hazırlıq keçirlər.
Təlim-məşq toplanışı çərçivəsində yeniyetmə sablyaçımız Zərifə Hüseynova Qılıncoynatma Mərkəzində 2006-cı il təvəllüdlü sablyaçılar arasında açıq turnirə qatılıb. Təmsilçimiz 19 idmançı arasında 3-cü yeri tutub.
Sentyabrın 19-da başlayan hazırlıq prosesinə ayın 30-da yekun vurulacaq. Toplanış oktyabrın 19-20-də Moskvada keçiriləcək yeniyetmələrin "European Cadet Circuit” turnirinə hazırlıq xarakteri daşıyır.

19491 oxunub

InvestAZ