XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycanlı hakim Olimpiya Oyunlarına təyinat aldı
İdman 15:30 / 21.09.2019

Ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərov növbəti təyinatını alıb. 60 yaşlı mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarda iştirak edəcək. V. Nəzərov 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında hakimlər briqadasında yer alacaq. O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 4 illiyin ən möhtəşəm yarışında ədaləti qoruyacaq 20 hakimdən biri olacaq. Bununla da Vahid Nəzərov Olimpiadada ikinci sınağına çıxacaq. 
Xatırladaq ki, təcrübəli mütəxəssis bundan əvvəl London-2012 Yay Olimpiya Oyunlarında da ədaləti qoruyub. Təmsilçimiz həmçinin Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da eyni funksiyanı yerinə yetirib. 
Qeyd edək ki, həmyerlimiz hazırda Tailandın Pattaya şəhərində keçirilən dünya çempionatında münsiflər heyətinin üzvü və hakim-komissar kimi çalışır. Təcrübəli mütəxəssis yarış zamanı hakimlərin işinə qiymət verir. O, dünya çempionatında bu vəzifəni icra edən ilk azərbaycanlıdır.

34802 oxunub

InvestAZ