XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Karateçilərin Urmiya sınağı
İdman 15:09 / 20.09.2019

Azərbaycan karateçiləri Urmiya şəhərində keçirilən ənənəvi beynəlxalq turnirə qatılıblar.
Yarışda əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi müxtəlif yaşlar üzrə milli komandaların əsas və əvəzedici heyətinin 50-dən artıq idmançısı mübarizə aparır.
Sentyabrın 20-22-də keçirilən "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Kərimov yarışı idarə edən referilər arasındadır.

19757 oxunub

InvestAZ