XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Qrossmeysterlərimiz növbəti mərhələdə
İdman 12:23 / 13.09.2019
Xantı-Mansiyskdə şahmat üzrə dünya kubokunun 1/64 final mərhələsinin tay-breyk partiyaları oynanılıb.
Tay-breyk partiyalarında Eltac Səfərli ABŞ şahmatçısı Samuel Şanklandı 3:2 hesabı ilə üstələyib. Nicat Abbasov isə Polşa təmsilçisi Perun Kasperlə qarşılaşmada rəqibini 4:3 hesabı ilə məğlub edib.
Sentyabrın 13-də otuzikidəbir final mərhələsində Eltac Səfərli hindistanlı Sarin Nihalla, Nicat Abbasov isə Leyner Dominquez Perezlə qarşılaşacaq.
Digər şahmatçılarından Şəhriyar Məmmədyarov otuzikidəbir final mərhələsində özbəkistanlı Rüstəm Qasımcanovla görüşəcək. Teymur Rəcəbov isə argentinalı Sandro Mareco və rusiyalı rusiyalı Sənan Syugirov duelinin qalibi ilə qüvvəsini sınayacaq.
Xatırladaq ki, 5 şahmatçımızın iştirak etdiyi dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Dünya kubokunun yarışları oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulur. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

21075 oxunub

InvestAZ