XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Heç bir döyüşdə uduzmayan Həbib reytinqdə ikincidir
İdman 11:04 / 11.09.2019

Qarışıq döyüş növləri üzrə ən güclü idmançılardan hesab edilən rusiyalı Həbib Nurməhəmmədov təşkilatın reytinq siyahısında ikinci yerdə qərarlaşıb.
Bu barədə mütləq döyüş çempionatının (UFC) mətbuat xidməti məlumat yayıb.
Reytinq siyahısında birinci yeri amerikalı Con Cons tutmaqda davam edir. Siyahıda üçüncü yerdə amerikalı Henri Sexudo qərarlaşıb.
Xatırladaq ki, sentyabrın 7-də Həbib Nurməhəmmədov üçüncü raundda boğucu fəndlə amerikalı Dastin Porye üzərində qələbə qazanaraq ikinci dəfə UFC çempionu titulunu qoruya bilib. Bu, indiyə qədər heç bir döyüşü uduzmayan 30 yaşlı dağıstanlı idmançının 28-ci qələbəsidir.

24305 oxunub

InvestAZ