XƏBƏR LENTİ
17 Sentiyabr 2019
16 Sentiyabr 2019
13 Sentiyabr 2019
17:37
12 Sentiyabr 2019
11 Sentiyabr 2019
10 Sentiyabr 2019



Olimpiada üçün tikilən obyektlərdən gələcəkdə də istifadə olunacaq
Olimpiya Hərəkatı 15:46 / 04.09.2019

Yaponiyanın hakimiyyət orqanları tikilən obyektlərin yarıdan çoxunun Tokio Olimpiya Oyunlarından sonra da təyinatı üzrə istifadə olunacağına ümid edir. Bu barədə "Tokio-2020”nin Təşkilat Komitəsinin idman direktoru Kodzi Murofusi bu gün Şərq Əməkdaşlığı Forumu çərçivəsində keçirilən "Olimpiya hərəkatı və Asiya-Sakit okeanı regionu: qarşılıqlı təsir” adlı panel iclasında bildirib.
"Tikintiplan üzrə gedir, noyabrdaTokioda əsasstadionuninşasını başa çatdırmalıyıq. Bizim cəmi 43 meydançamız var. Bunların 60 faizi daimi komplekslərdir ki, Oyunlardan sonra onlardan istifadə ediləcək. Bu layihəyə kifayət qədər böyük sərmayələr sərf olunur. İstərdik ki, biz maksimal sayda obyektlərdən Olimpiadadan sonra da istifadə edək”, - deyə Kodzi Murofusi bildirib.
İdman obyektlərinin əksəriyyəti Tokionun liman hissəsində, o cümlədən körfəzdəki süni adalarda cəmləşdiriləcək. Daha 17 meydança paytaxtın hüdudlarından kənarda yerləşir. Məsələn, futbol turniri qismən əsas Hönsü adasının şimal-şərq hissəsində və Hokkaydonun şimal adası olan Sapporodakı stadionlarda, beysbol və softbol oyunları isə Fukusima prefekturasındakı arenada təşkil olunacaq.
Tokio Olimpiadası gələn il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək davam edəcək. Olimpiada proqramına idmanın 33 növü daxil edilib. Karate, sörfinq, qayayadırmanma və skeytbordinq üzrə yarışlar ilk dəfə keçiriləcək. Açılış mərasimi iyulun 24-də təşkil ediləcək. Bundan iki gün əvvəl isə qadın futbolu və softbol üzrə yarışlara start veriləcək. İlk medal dəsti iyulun 25-də qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışlarında oynanılacaq.

526 oxunub

InvestAZ