XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Cüdo üzrə beynəlxalq konfrans keçirilib
İdman 15:40 / 23.08.2019

Avqustun 22-də Tokioda Beynəlxalq Cüdo Federasiyasının (IJF) konqresi keçirilib.
Konqresdə IJF-in İcraiyyə Komitəsinin üzvləri, üzv ölkələrin nümayəndələri və digər rəsmilər iştirak ediblər. Ölkəmizi konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təmsil edib.
Tədbirdə, əvvəlcə, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat məruzəsi dinlənilib. M.Vizer cüdonun dünyada geniş təbliği məqsədilə CNN, Reuters, Eurosport kimi nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo təqvimindən, 2020-ci il Yay Olimpiya Oyunlarına hazırlıqdan bəhs edib. O, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə hərtərəfli dəstək göstərildiyini vurğulayaraq marketinq, informasiya texnologiyaları, beynəlxalq humanitar təşkilatlarla iş birliyi, təhsil məsələləri və gələcək hədəflərdən söhbət açıb.
Sonra təşkilatın baş katibi Jan Luk Roje, baş xəzinədar Nasir Əl-Tamiminin hesabatları dinlənilib.
Daha sonra beynəlxalq federasiyanın müvafiq strukturlarına seçkilər keçirilib. Jan Luk Roje və Nasir Əl-Tamimi növbəti dörd il müddətinə öz vəzifələrinə təsdiq olunublar.

21683 oxunub

InvestAZ