XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Qurban Qurbanov: “Bakıda qələbə qazanmağa çalışacağıq”
İdman 11:14 / 23.08.2019

Bu cür vəziyyət futbolda nadir hallarda olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik.
Bu sözləri "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin ilk qarşılaşmasında Şimali İrlandiyada "Linfild”ə uduzduqları (2:3) oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, rəqib qol epizodlarından yox, standart vəziyyətlərdən fərqlənib: "Futbolda belə hallara hazırlı olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”.

20905 oxunub

InvestAZ