XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Komandamız dünya turunda mübarizə aparır
İdman 10:01 / 16.08.2019

"Zirvə-Astara" komandası Beynəlxalq Basketbol Federasiyasının (FİBA) təşkilatçılığı ilə keçirilən 3×3 basketbolu üzrə 2019-cu il dünya turundakı çıxışını davam etdirir.
Basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışırlar. "Zirvə-Astara"nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayırlar.
Komandamız "Atupri 3×3 Swiss Tour Final Zurich" və "Ghetto Basket Quest Stop" turnirlərindən sonra avqustun 11-də Belarusun paytaxtı Minskdə keçirilən "Palova Round 3" yarışında iştirak edib.
"Zirvə-Astara" A qrupunda yer alıb. Burada ilk matçında "Prinçı Nuri" komandasına 22:14 hesabı ilə qalib gələn komandamız, ikinci matçda "Ostroveç Rosatom"a 14:21 hesabı ilə məğlub olub və qrupda ikinci olub.
Komandamız səkkizdəbir finalda "Vesyolıye Ruçeyki"yə 21:6, dörddəbir finalda isə "Briks"ə 21:19 hesabı ilə qalib gəlib. Turniri əsas heyət oyunçusu Marşal Mozessiz keçirən "Zirvə Astara" yarımfinalda "Mr.Magic"ə 14:21 hesabı ilə məğlub olub və yarışı 4-cü yerdə bitirib.

19005 oxunub

InvestAZ