XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



“Medal qazanmaq idmançıya sonrakı yarışlar üçün böyük stimul verir”
İdman 15:30 / 14.08.2019

Bədii gimnastika üzrə yığmanın üzvü Zöhrə Ağamirova perspektivli idmançılardandır. O öz üzərində çox işləyir və uğurların sayını ildən –ilə artırır.
- Gimnastikaya 3 yaşında gəlmişəm. Əvvəlcə akrobatika ilə məşğul olsam da, sonradan bədii gimnastikaya keçmişəm. Artıq 14 ildir ki, gimnastika ilə məşğulam. Milli komandanın üzvü olmaq böyük fəxrdir, amma eyni zamanda Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək böyük məsuliyyətdir.
Çalışıram ki, ölkəmi dünya arenasında uğurla təmsil edim. Ümümdünya XXX Yay Universiadasında iki gümüş medal qazandım. Medallardan birini çoxnövçülükdə, digərini isə gürzlərlə hərəkətlərdə əldə etdim. Medal qazanmaq idmançıya sonrakı yarışlar üçün böyük stimul verir. Məqsədim yarışlara daha yaxşı hazırlaşmaq və daha çox medallar qazanmaqdır.

18628 oxunub

InvestAZ