XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Sumqayıt" iranlı hücumçu ilə müqavilə imzalayıb
İdman 14:50 / 12.08.2019


2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" futbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
"Sumqayıt" şəhərinin təmsilçisi iranlı hücumçu Mehdi Şərifi ilə ikiillik müqavilə imzalayıb. M.Şərifi "Sumqayıt" komandasının heyətində 70 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. İyirmi altı yaşlı futbolçu iki dəfə İran çempionu (2014-2015-ci illər, 2018-2019-cu illər), iki dəfə isə İran kubokunun qalibi olub (2012-2013-cü illər, 2018-2019-cu illər).

22182 oxunub

InvestAZ