XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Neftçi" beynəlxalq turnirdə üçüncü oldu
İdman 13:07 / 12.08.2019


"Neftçi" Futbol Akademiyasının U-13 komandası "Xəzər Kuboku" beynəlxalq turnirində üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Baş məşqçi Emin Salmanovun yetirmələri Rusiyanın Həştərxan şəhərində təşkil olunan yarışda 11 xal toplasa da, top fərqinə görə "Lotos"dan (Kalmıkiya) geri qalıb.
Turnirin qalibi Aşqabad yığması (Türkmənistan), bombardiri isə "Neftçi"nin futbolçusu Vüsal Kərimov (5 qol) olub.
Qeyd edək ki, Qazaxıstan yığmasına (5:3), "Həştərxan" komandasına (1:0) və Həştərxanın "Volqar" klubuna (2:1) qalib gələn Bakı təmsilçisi Kalmıkiya "Lotos"u (1:1) və Qazaxıstan "Kurmanqazı"sı (4:4) ilə heç-heçə edib, Aşqabad yığmasına isə məğlub olub (2:3).



18481 oxunub

InvestAZ