XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



“Qarabağ” bir qol vura bilmədi ki…
İdman 09:21 / 14.08.2019

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsin çıxış edən "Qarabağ” da mərhələnin cavab oyununu keçirib Ölkə təmsilçimiz Bakıda APOEL-lə üz-üzə gəlib. Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, doğma azarkeşlər önündə 0:2 uduzaraq, Çempionlar Liqasındakı mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə Sutyeska" (Monteneqro) qalib gələn "Linfild"lə (Şimali İrlandiya) qarşılaşacaq -2:3. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.
13 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr) - 0:2
Qol: De Vinsente, 34-pen. Uroş Matiç, 68
Qırmızı vərəqə: Almeyda, 90+4
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

20445 oxunub

InvestAZ