XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünya çempionatında rekord sayda idmançı olacaq
İdman 18:47 / 08.08.2019

Beynəlxalq Cüdo Federasiyası Tokioda keçiriləcək dünya çempionatında iştirak üçün müraciətlərin qəbulunu dayandırıb. Mundialda rekord sayda idmançının - 152 ölkədən 917 cüdoçunun iştirakı təsdiqlənib.
Cüdo üzrə ilin ən nüfuzlu yarışı olan dünya çempionatı avqustun 25-də start götürəcək. Mundial 1964-cü ildə Tokio Yay Olimpiya Oyunlarında cüdo yarışlarının keçirildiyi "Nippon Budokan” arenasında təşkil olunacaq. Dünyanın ən güclü cüdoçuları "Tokio-2020”yə lisenziya əldə etmək üçün bütün qüvvələrini səfərbər edəcəklər. Olimpiya Oyunlarının formatına tam uyğun qaydada keçiriləcək dünya çempionatı səkkiz gün davam edəcək.
Azərbaycan bu mötəbər yarışda 16 idmançı – 9 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq.
Xatırladaq ki, sonuncu dünya çempionatı ötən ilin sentyabrında Bakıda keçirilib. Səkkiz yüzədək cüdoçunun mübarizə apardığı həmin mundialda Azərbaycan idmançıları 1 gümüş və 1 bürünc medal qazanıblar.

32931 oxunub

InvestAZ