XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İlk peşəkar Azərbaycan liqası keçiriləcək
İdman 12:00 / 09.08.2019

Avqustun 11-də Qəbələdəki "Qafqaz Sport” otelində MMA üzrə ilk peşəkar Azərbaycan liqası olan "AFC – Ased Fighting Championship” bölgələr turuna start veriləcək.
Liqanın mətbuat xidmətindən verilən məlumata görə, yarışdan bir gün öncə "Qəbələnd” istirahət mərkəzində saat 18:00-da "Face to face” (döyüşçülərin üz-üzə gəlmə tədbiri) olacaq.
Yarış çərçivəsində 12 döyüş keçiriləcək və bu döyüşlərin 4-də "Qəbələ” İdman Klubunun təmsilçiləri öz güclərini sınayacaqlar.
Turnirdə yerli idmançılarla yanaşı, İran və Rusiya təmsilçiləri də iştirak edəcəklər.

31339 oxunub

InvestAZ