XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Klublarımızın potensial rəqibləri müəyyənləşib
İdman 12:56 / 05.08.2019

"Neftçi” və "Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, paytaxt təmsilçisi III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə "Malmö” (İsveç)–"Zrinski” (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
"Qarabağ” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Kiprin "APOEL” komandasına uduzarsa, "Sutyeska” (Monteneqro)–"Linfild” (Şimali İrlandiya) duelində qalib gələn komanda ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə avqustun 29-da oynanılacaq.

46229 oxunub

InvestAZ