III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışları sona yaxınlaşır.
Bu gün komandamızın daha bir üzvü - Leyla Camalzadə mükafatçılar sırasında yer alıb. Təmsilçimiz həlledici qarşılaşmada rusiyalı Marina Tarasovaya məğlub olaraq (2:0) gümüş medala sahib çıxıb. Bununla da Azərbaycan badmintonçuları III MDB Oyunlarını7 (1 gümüş, 6 bürünc)medalla başa vurublar.
Qeyd edək ki, badminton yarışları bu gün başa çatacaq.