XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Azərbaycan cüdoçusu III MDB Oyunlarında qızıl medal qazandı
İdman 17:44 / 04.10.2025
Azərbaycan komandası III MDB Oyunlarının cüdo yarışlarında ilk qızıl medalını qazanıb. 
Bu uğura Avropa Gənclər Olimpiya Festivalının qızıl medalçısı Gülşən Hüseynova nail olub. 44 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız həlledici görüşdə rusiyalı Anastasiya Şevçuka ipponla qalib gəlib. 
Qeyd edək ki, bu gün Göygöl Olimpiya idman Kompleksində keçirilən cüdo yarışlarında komandamızın digər üzvlərindən Sunay Salamova (-40 kq), Məhəmmədəli Hüsüyev (-55 kq) gümüş, Xədicə Abdullayeva -44 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Fidan Cəlilli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) isə bürünc medal qazanıblar. 

3366 oxunub

InvestAZ