XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



III MDB Oyunlarında növbəti bürünc medal
İdman 16:52 / 04.10.2025
Azərbaycan komandası III MDB Oyunlarının qılıncoynatma yarışlarında daha bir medal qazanıb. 
Gəncə Osman Sarayında keçirilən sablya növündə oğlanlardan ibarət millimiz bürünc medala sahib olub. 
Heyətində Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovun yer aldığı millimiz  1/4 finalda Belarus millisinə 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Lakin komandamız finala vəsiqə uğrunda qarşılaşmada Rusiya komandasına 32:45 hesabı ilə məğlub olaraq üçüncü yeri tutub. 


3826 oxunub

InvestAZ