XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Bu gün III MDB Oyunlarında 9-cu yarış gününə start veriləcək
İdman 09:24 / 04.10.2025
Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarının 9-cu yarış gününə start veriləcək. 
Bu gün komandamız 11 idman növü üzrə yarışlarda mubarizə aparacaq. 
Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstanla qarşılaşacaq.
Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması final matçına çıxacaq. Rəqib Rusiyanın müvafiq yaş qrupundan ibarət seçməsi olacaq.
Qəbələdə, həmçinin badminton yarışları təşkil ediləcək.
Gəncədə güləş, qılıncoynatma, atıcılıq və voleybol yarışları keçiriləcək.
Göygöldə cüdo yarışlarına start veriləcək. Mingəçevirdə karate, Yevlaxda boks, Xankəndidə isə kamandan oxatma yarışları davam etdiriləcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

8883 oxunub

InvestAZ