XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Çempionlar Liqası: Bu gün Liqa mərhələsində ikinci tura start verilir 
İdman 08:35 / 30.09.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start veriləcək.
Azarkeşlər turun ilk oyun günündə 9 oyun izləyəcəklər. Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:45-də, digər yeddi oyun isə saat 23:00-da təşkil olunacaq. Günün ilk qarşılaşmalarında "Atalanta" (İtalya) - "Brügge" (Belçika) və "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya) oyunları baş tutacaq.

Günün digər maraqla gözlənilən qarşılaşmlarından biri İstanbulda oynanılacaq. "Qalatasaray" klubu "Liverpul"u qəbul edəcək. İspaniyanın Madrid "Atletiko"su isə doğma meydanda Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq. Joze Mourinyonun yeni komandası "Benfika" isə London səfərində "Çelsi"nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

30 sentyabr

II tur

20:45. "Atalanta" (İtalya) - "Brügge" (Belçika)

20:45. "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya)

23:00. "Atletiko" (İspaniya) - "Ayntraxt" (Almaniya)

23:00. "Budyo Qlimt" (Norveç) - "Tottehem" (İngiltərə)

23:00. "Çelsi" (İngiltərə) - "Benfik" (Portuqaliya)

23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

23:00. "İnter" (İtalya) - "Slavia Praqa" (Çexiya)

23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland)

23:00. "Pafos" (Kipr) - "Bayern Münhen" (Almaniya)

3942 oxunub

InvestAZ