XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Misli Premyer Liqası: "Səbail" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi
İdman 20:15 / 27.04.2025
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib. "ASCO Arena"da təşkil olunan günün ilk qarşılaşmasında "Səbail" klubu "Araz-Naxçıvan"ı qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Oyunda hesabı 30-cu dəqiqədə Naxçıvan təmsilçisindən Ülvi İsgəndərov açıb. Qarşılaşamnın ikinci hissəsində, 76-cı dəqiqədə Marko Nikoliç hesabda tarazlığı bərpa edib.
Bu nəticə ilə aktivindəki xalların sayını 54-ə çatdıran "Araz-Naxçıvan” üçüncü sıradakı mövqeyini qoruyub. "Səbail” isə 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

15113 oxunub

InvestAZ