XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Millimiz beynəlxalq turnirin qalibi olub
İdman 15:24 / 27.04.2025
Dünya çempionatına hazırlaşan minifutbol üzrə milli komandamız Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edib. Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda komandamız bütün rəqiblərinə qalib gələrək çempion adına sahib çıxıb.
Millimizin üzvü Təmkin Xəlilzadə isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.
Xatırladaq ki, millimiz daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb. Aprelin 30 da başlanacaq yarışda komandamızla yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.


16382 oxunub

InvestAZ