XƏBƏR LENTİ
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



"Barselona" minimal hesablı qələbə ilə liderliyini davam etdirir
İdman 01:49 / 23.04.2025
İspaniya La Liqasında 33-cü turun oyunları davam edir. Bu gün çempionluq uğrunda mübarizə aparan "Barselona" klubu doğma meydanda  "Malyorka"nı qəbul edib. "Estadi Olimpic Luis Companys" stadionunda keçirilən görüşdə kataloniyalılar minimal hesabla qalib gəliblər -1:0. 
Oyunda vurulan yeganə qolun müəllifi Dani Olmo olub. İspaniyalı futbolçu matçın 46-cı dəqiqəsində Erik Qarsianın ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Hans Flikin komandası bu qələbə sayəsində La Liqada turnir cədvəlində mövqeyini möhkəmləndirərək çempionluq uğrunda mübarizədə iddiasını davam etdirir. Aktivində 76 xalı olan Kataloniya təmsilçisi hazırda bir oyun az keçirən Madrid "Real"ını 7 xal qabaqlayır. İkinci pillədə qərarlaşan "Kral klubu" bu gün səfərdə "Xetafe" ilə qarşılaşacaq. 

14418 oxunub

InvestAZ