XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



"Zirə" səfərdə "Neftçi" qalib gəldi
İdman 21:21 / 13.04.2025

Misli Premyer Liqasının XXX turun oyunlarına yekun vurulub. Turun son matçında "Zirə” səfərdə "Neftçi”ni 4:2 hesabı ilə məğlub edib. "Neftçi Arena"da keçirilən qarşılaşmada qonaqların qollarını Rafael Utziq (43-p, 75-p), Davit Volkov (61) və Ceyhun Nuriyev (77) vurub. Ev sahibi "Neftçi”nin heyətində isə Filip Ozobiç (9) və Edvin Kuç (23) fərqlənib.

Bu nəticədən sonra "Zirə” 58 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Neftçi” isə 35 xalla altıncı sırada yer alır.

Turun daha əvvəlki oyunlarında "Qarabağ” "Səbail”i 4:1, "Turan Tovuz” "Sabah”ı 2:1, "Şamaxı” isə "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. "Kəpəz” və "Araz-Naxçıvan” arasındakı görüş isə qolsuz bərabərliklə başa çatıb.


15799 oxunub

InvestAZ