XƏBƏR LENTİ
20 Yanvar 2020
19 Yanvar 2020
16 Yanvar 2020
15 Yanvar 2020
14 Yanvar 2020
13 Yanvar 2020
10 Yanvar 2020



Avro-2020-ə bilet satışının birinci mərhələsi baça çatır
İdman 10:10 / 12.07.2019

İyulun 12-də futbol üzrə Avropa çempionatının oyunlarına bilet satışının birinci mərhələsinə yekun vurulacaq. 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın oyunları 12 ölkədə təşkil olunacaq. Qarşılaşmalara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.
Avropa çempionatının 60 illik yubileyinə həsr olunan bu turnirin oyunlarına rekord sayda – üç milyon bilet satışa çıxarılıb. Biletlərin satışa çıxarıldığı ötən dörd həftə ərzində 204 ölkədən 14 milyon müraciət qeydə alınıb. Bilet satışında ən çox müraciət edən ölkələr İngiltərə, Macarıstan, Almaniya, Hollandiya və Rusiya olub.
Bütün biletlər internet vasitəsilə euro2020.com/tickets veb-səhifəsində satışa çıxarılıb.

2872 oxunub

InvestAZ