XƏBƏR LENTİ
23 Sentiyabr 2019
21 Sentiyabr 2019
20 Sentiyabr 2019
19 Sentiyabr 2019
18 Sentiyabr 2019
16 Sentiyabr 2019
13 Sentiyabr 2019
17:37



“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
İdman 13:52 / 10.07.2019


Ağdamın "Qarabağ” futbol klubu iyulun 10-da UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.
"Qarabağ” 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın "Partizani” klubu ilə qarşılaşacaq.
Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Qarabağ” "Partizani” matçı "CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

1110 oxunub

InvestAZ