XƏBƏR LENTİ
21 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Bu gün Premyer Liqasında daha iki oyun keçiriləcək
İdman 11:30 / 15.03.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbəti oyunlar keçiriləcək. İlk olaraq "Kəpəz” Tovuz şəhər stadionunda "Qarabağ”ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.

Günün ikinci matçında "Zirə" "Sabah"ın qonağı olacaq. "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 19:30-da başlayacaq.

Hazırda Ağdam təmsilçisi 63 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 51 xalla ikinci, "Sabah" 34 xalla beşinci, Gəncə klubu isə 22 xalla doqquzuncu pillədə yer alır.

Qeyd edək ki, turun ötən gün "Araz-Naxçıvan" və "Şamaxı" komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.


13283 oxunub

InvestAZ