XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Zəka sahiblərimiz beynəlxalq şahmat festivalında
İdman 11:58 / 09.07.2019

Batumidə Azərbaycan şahmatçılarının da iştirak etdikləri beynəlxalq festival davam edir.
Festivalda şahmatçılarımız Rəvan Əliyev və Kənan Qarayev 7 turdan 4,5 xal toplayıblar. Rəvan turnir cədvəlinin yeddinci, Kənan isə doqquzuncu pilləsində qərarlaşıb. Komandamızın digər üzvləri Fərid Mustafayev 4, Xəzər Babazadə, Altay Eynullayev 3,5, Atilla Eynullayev, Elmar Atakişiyev 3, Ləman Hacıyeva 1,5 xal toplayıblar.
Turnir cədvəlinə 5,5 xalla gürcü şahmatçı Tornike Sanikidze başçılıq edir.
İsveçrə sistemi ilə keçirilən turnirə iyulun 10-da yekun vurulacaq.

23913 oxunub

InvestAZ