XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Qılıncoynadanlarımız Universiadanın komanda yarışında mübarizə aparıblar
İdman 10:51 / 09.07.2019


İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının növbəti yarış günündə kişi şpaqaçılarımız komanda yarışında iştirak ediblər. Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyevdən ibarət şpaqa üzrə komandamız ilk görüşündə Səudiyyə Ərəbistanı komandasını 44:35 hesabı ilə məğlub edib. Qılıncoynadanlarımız səkkizdəbir finalda fransalı həmkarlarına 26:45 hesabı ilə uduzublar. Komandaların yekun sıralamasında Kanada, Portuqaliya, Danimarka və Səudiyyə Ərəbistanını qabaqlayan şpaqaçılarımız yarışı 16-cı sırada başa vurub.



24503 oxunub

InvestAZ