XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Boksçularımız Batumidə yarışacaqlar
İdman 18:09 / 06.07.2019

İyulun 8-də Batumidə boks üzrə yeniyetmə və kadetlər arasında beynəlxalq turnir keçiriləcək.
Yarışlarda Azərbaycanı Əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi ilə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) və "Qızıl Əlcək” idman klubunun yetirmələri təmsil edəcəklər.
Klubun və 1 saylı RİOEUGİM-in baş məşqçisi R.Allahverdiyev AZƏRTAC-a müsahibəsində yetirmələrinin Batumi turnirinə ciddi hazırlaşdıqlarını bildirib: "Komandamız turnirə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçib. Yarışda 25 boksçu çıxış edəcək. Batumi turniri kadetlər arasında keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır”.
Beynəlxalq turnir iyulun 11-də başa çatacaq.

23027 oxunub

InvestAZ