XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: "Olimpiakos" - "Qarabağ" oyununun hakimləri açıqlandı
İdman 13:32 / 28.01.2025

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək Yunanıstanda yerli "Olimpiakos" və "Qarabağ" komandaları arasında oyuna hakim təyinatları açıqlanıb. Oyun Rumıniyadan olan hakimlər briqadasına həvalə edilib. Qarşılaşmanın baş hakimi Radu Petresku olacaq. FIFA referisinə Radu Qinquleaç və Mirça Mihail Qriqoriu kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək. VAR-da Katalin Popa, AVAR-da Sebastyan Koltesku əyləşəcək.

Qeyd edək ki, Liqa mərhələsinin VIII turu çərçivəsində keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


15655 oxunub

InvestAZ