XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb
İdman 12:10 / 15.01.2025

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının qazandığı medallar keyfiyyət səbəbindən geri qaytarılıb.

 

Təəssüf ki, Azərbaycan idmançıları da bu halla rastlaşıblar. Belə ki, Paris-2024-də gümüş mükafat qazanan taekvondoçu Qaşim Maqomedovun (58 kq) və yunan-Roma güləşi üzrə yarışlarda bürünc medal qazanan Həsrət Cəfərovun (67 kq) da medallarında aşkar edilib.

 

Paris-2024-də medal qazanan digər mükafatçılarımızın təlim-məşq toplanışında geri qayıtdıqdan sonra onların da medallarının keyfiyyəti yoxlanılacaq. Əgər həmin medallarda da hansısa bir dəyişiklik aşkar edilərsə, medalların geri qaytarılması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət ünvanlanacaq. Ali qurum müraciəti təsdiqlədikdən sonra medallar yenisi ilə əvəz olunacaq.

 

Xatırladaq ki, çoxsaylı şikayətlərdən sonra Paris-2024-ün Təşkilat Komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib.


15861 oxunub

InvestAZ