XƏBƏR LENTİ
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025
17 Mart 2025



Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 8 medal qazandılar
İdman 10:06 / 25.11.2024
Noyabrın 23-24-də Yunanıstanın Saloniki şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku turniri keçirilib. 29 ölkədən 439 (295 oğlan, 144 qız) cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan komandası oğlanların yarışında 20 idmançı ilə təmsil olunub.
Cüdoçularımız turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurublar.Komandamızın heyətində Zeyd Ələsgərov (-60 kq) və Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Milli komandamızın digər üzvlərindən Fəxri Sahibzadə (-66 kq) gümüş, Anar Quliyev (-50 kq), Rüstəm Qasımzadə (-55 kq), Səid Şərifov (-73 kq), Amin Mehdiyev (-81 kq) və Tunar Fərzəliyev (+90 kq) isə bürünc medallara sahib çıxıblar.
Komandamız bu nəticə ilə ümumi komanda hesabında ikinci, oğlanların yarışında isə birinci yeri tutub.

5129 oxunub

InvestAZ