XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Kamandar Məcidov: “Minskdə keçirilən ikinci Avropa Oyunlarında lazımi şərait yaradılıb”
İdman 17:04 / 26.06.2019
Düşünürəm ki, Azərbaycanın güləş üzrə millisi Rusiyadan sonra ikinci ən güclü komandadır. Sabiq SSRİ ölkələrinin güləşçiləri həmişə fərqlənib.
Bu fikri jurnalistlərə açıqlamasında Belarus Güləş Federasiyasının prezidenti, Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov söyləyib.
Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladan həmyerlimiz bildirib ki, Minskdə keçirilən ikinci Avropa Oyunlarında da lazımi şərait yaradılıb. Turist sayı baxımından irəliləyiş hiss olunur.
"Birinci Avropa Oyunları zamanı Bakıda yeni idman obyektləri inşa edildi. Burada da müəyyən yeniliklər edilib. Əvvəl elə bilirdik ki, təşkilatçılıq asan başa gələcək. Amma işin içində olduqca, görürsən ki, çətin məqamlar da olur. Bütün işləri təxminən iki ilə sığışdırdıq”, - deyə Kamandar Məcidov əlavə edib.


22938 oxunub

InvestAZ