XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Cüdo yığmamız komanda yarışlarında çıxışını başa vurdu
İdman 11:22 / 25.06.2019

Cüdo üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxışını başa vurub. Yığmamız bu idman növü üzrə yarışların son günündə qarışıq komandaların mübarizəsində yarışıb. 16 komandanın qüvvəsini sınadığı yarışda çıxış edən Azərbaycan millisi 1/8 finalda tatami üzərinə çıxıb. Komandamız ilk matçında Fransa ilə üz-üzə gəlib.

Qarşılaşma fransalı cüdoçuların qələbəsi ilə başa çatıb – 4:0. Bu məğlubiyyətlə yığmamız Avropa Oyunlarındakı çıxışı başa vurub.


23480 oxunub

InvestAZ