XƏBƏR LENTİ
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
10 İyun 2025



Paris-2024: Boksçumuzun finaldakı rəqibi müəyyənləşdi
İdman 22:38 / 04.08.2024

Boksçumuz Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarınınfinal mərhələsindəki rəqibi müəyyənləşib. 92 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız həlledici görüşdə özbəkistanlıLazizbek Mullojonovla qarşılaşacaq.Özbəkistanlı boksçu yarımfinalda tacikistanlı Davlat Boltayevə qalib gələrək idmançımıza rəqib olub. Final görüşüavqustun 9-da təşkil olunacaq.

Xatırladaq ki, boksçumuz 1/8 finalda Xulio Sesar la Krusa (Kuba), 1/4 finaldaAybek Oralbaya (Qazaxıstan), yarımfinaldaisə Enmanuel Reyes Playa (İspaniya) qalib gələrək finala vəsiqə qazanıb.


10538 oxunub

InvestAZ