XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Cüdoçumuz komandamıza 9-cu medalı qazandırdı
İdman 16:16 / 24.06.2019

Minskdə keçirilən ikinci Avropa Oyunlarında cüdoçuların fərdi yarışlarının sonuncu günündə Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə çıxıb.
90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz hollandiyalı Noel Vant End ilə üz-üzə gəlib. Tatamini qələbə ilə tərk edən idmançımız yarışın bürünc mükafatına sahib olub.
M.Mehdiyev Minsk-2019-da onaltıdabir finalda Belarus təmsilçisi Yahor Varapayevə qalib gələrək adını səkkizdəbir finala yazdırıb. Bu mərhələdə fransalı Aurelien Disseni məğlub edən cüdoçumuz dörddəbir finalda türkiyəli Mikail Özerlərə uduzub. İdmançımız təsəlliverici görüşdə isveçrəli Ciril Qrossklausu məğlub edərək bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.
Xatırladaq ki, Avropa çempionatı statusu daşıyan cüdo yarışlarının ilk iki günündə Azərbaycan idmançıları iki medal qazanıblar. Belə ki, Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medallara layiq görülüblər.
Ümumilikdə isə bu, idmançılarımızın Minskdə 9-cu medalı (4 gümüş, 5 bürünc) olub.
Qeyd edək ki, bu gün daha üç cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Elmar Qasımov (100 kq) xorvatiyalı Zlatko Kumriç, Uşanqi Kokauri (+100 kq) avstriyalı Stefan Heqi, İrina Kindzerska (+78 kq) ukraynalı Qalina Tarasova ilə qarşılaşacaqlar.

24407 oxunub

InvestAZ