XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Paris-2024-də neçə rusiyalı idmançı iştirak edəcək?
İdman 10:06 / 19.07.2024

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında iştirak edəcək rusiyalı idmançıların yekun siyahısını təsdiqləyib. 15 nəfərdən ibarət siyahı Paris-2024 Təşkilat Komitəsinin saytında dərc olunub. Belə ki, velosiped yarışlarında Tamara Dronova, Alena İvançenko, Gleb Syritsa, batut gimnastikasında Angela Bladtseva, tennisdə Daniil Medvedev, Roman Safiullin, Yekaterina Aleksandrova, Mirra Andreeva, Pavel Kotov, Diana Şnayder, Elena Vesnina, kayak və kanoedə Zaxar Petrov, Aleksey Korovaşkov, Olesya Romasenko, üzgüçülükdə isə Yevgeni Somov çıxış edəcək.

Xatırladaq ki, rusiyalı idmançılar yarışda neytral idmançı kimi iştirak edəcəklər.



24230 oxunub

InvestAZ