XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Vanessa Zenci: "Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək"
İdman 19:07 / 23.05.2024

"Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək".

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vannesa Zenci Milli Olimpiya Komitəsində təşkil olunan mətbuat konfransında deyib.

Dəvətə görə öz minnətdarlığını bildirən Vanessa Zenci qeyd edib ki, bu cür mədəni tədbirlər ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirir.

"İdmanın sayəsində dil və məsafə kimi amillər arxa plana keçir. Biz Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası ilə birlikdə sıx əməkdaşlıq edirik. Onu da qeyd edim ki, bir müddət əvvəl Azərbaycanın 8 idmançısı ABŞ-a səfər etmişdilər. Hesab edirəm ki, onlar bu səfərdən xoş təəssüratlarla qayıtmışdılar. Güləş insanları bir araya gətirən vasitələrdən biridir. Sevindirici haldır ki, idman diplomatları qadın güləşçilərin sayının artmasına və inkişafına dəstək verir”, - deyə Vannesa Zenci diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis mayın 14-dən ölkəmizdə səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar "Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olub, idmançılara ustad dərsləri keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti səfər çərçivəsində Göygöl, Lənkəran və Masallı və Lənkəranda yerləşən Olimpiya idman komplekslərində də keçirilən tədbirdə iştirak ediblər. Səfərin məqsədi ölkəmizdə qadın güləşinin inkişafına və təbliğatına dəstək verməkdir.


1844 oxunub

InvestAZ